formspring.me

Posted in Genel on Nisan 11, 2011 by orkhano

Fuck Google, Ask Me http://formspring.me/orkhano

Naxçıvan Xanlığı

Posted in - DÜŞÜNƏN İNSANLAR BİRLİYİ on Ekim 13, 2010 by orkhano

1747-ci ildən bu günədək Azərbaycan ərazisində mövcud olmuş feodal dövləti.

18-ci əsrin ortalarında Azərbaycanın şimalında yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığı olmuşdur. Xanlığın ərazisi Zəngəzur dağlarından Araz çayının vadisinə qədər olan torpaqları əhatə edirdi. İrəvan, Qarabağ və Maku xanlıqları ilə həmsərhəd idi. Nadir şah Əfşarın ölümündən sonra Gəngərli tayfasının başçısı Heydərqulu xan yerli feodalların köməyi ilə şahın naibi Ağahəsəni Naxçıvandan qovdu və özünü xan elan etdi (1747-1763). Heydərqulu xanın ölümündən sonra hakimiyyətə Hacı xan Gəngərli keçdi. Daha sonra Xanlığı sıra ilə Rəhim xan, Cəfərqulu xan, Kəlbəli xan və Abbasqulu xan Gəngərli idarə etmişdir. Xanlığı 1995-ci il dekabrın 16-dan etibarən Vasif Talıbov idarə edir. Vasif Talıbov Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında Azərbaycanda vətəndaş cəmiyyətinin və hüquqi dövlətin bərqərar olmasına, Naxçıvan Xanlığının iqtisadiyyat və mədəniyyətinin daha da tərəqqisinə, xalqın rifahının yaxşılaşdırılmasına yönəldilən tədbirlərin həyata keçirilməsi üçün müvafiq qanunların qəbul olunmasında olduqca səmərəli fəaliyyət göstərir. O, ilk növbədə xanlıq üçün həyati əhəmiyyət kəsb edən bu ərazinin bütövlüyünün qorunub möhkəmləndirilməsi problemlərini bacarıqla həll etmişdir. Arvad-uşağın məhlədə rahat dolaşması üçün kişilərin şəhərdə “şortik”, “mayka”da gəzməsi qadağandır. “Ana-bacımız var” məntiqi ilə yola çıxan xanlıq, kişi bərbərlərində standart saç düzümü formatı həyata keçirir. Saç və saqqallın standartlardan uzun olması böyük problemlərə hətta Naxçıvan Xanlığı Ali Məhkəməsi tərəfindən məhkəməyə sövq edilmənizə belə gətirib çıxara bilər. Xanlıqda insan haqqları nəyi var qorunur. Xanlıqda bir neçə mədrəsə və müəssisə vardır ki, burada-xanlıqda (ya da ki bu xanlıqda) yaşayan insanların övladları təshil almağa çalışır. Universitetə uniformayla gedilən xanlıqda hər gün düzgün bir şəkilde oğlanlar saqqallarını bir əsger kimi kəsməli, qızlar da orta məktəb tələbəsi kimi geyinməlidir. Xanlıqda düzgün nizam-intizamlı bir ordu vardır. NATO’ya örnək təşkil edəcək bu orduda müntəzəm olaraq əsgərləri çılpaq soyunduraraq baxırlar ki, komandirlər tərəfindən döyülüblər ya yox. Əger əsgərlər üzərinde kiçik yara, qaralma ve ya kəmər izi varsa, o komandirin rütbəsi artırılır və başqa çasta gönderilərək ona “qızldan remen” hədiyyə edilir. Əsgərlər xanlığı qorumaqla yanaşı eləcə də “çurban” kimi işlər də görürlər. Məsələn; yolların salınması, xanlıqda zibillərin təmizlənməsi ve binaların sökülmesi-hansı ki, yüksək güc ve enerji tələb edən bu işlər əsgərlərdə yüksək ruh və vətənpərvərlik hissi oyandırır, sağlamlığını gücləndirir. Əsgər öz borcunu yerinə yetirərək xana qarşı sədaqətini gösterir. Digər xanlıqlara örnək təşkil edəcək bu kimi amilləri sadalamaqla bitməz. Xanlıqda insanlar yəni kişilər asudə vaxtını səmərəli keçirmək üçün müxtəlif çayxanalara üz tutur. Qadınlar ev işləri, yemək bişirmək və uşaq doğurmaq kimi əhəmiyyətli işlərlə məşğul olduğu kimi bunların arasında həkim və müəllim də az deyil. Çayxanalarda domino, nərd kimi ən çox sevilən dədə-baba oyunlarının qadağan edilməsiylə xanlıq bir daha öz səviyyəsini bütün avropaya, eləcə də dünyaya göstərir. Çayxanalar kəllə qəndi ağzına ataraq xarta- xart yemək doğranmış “Snickers” və limonla çay içərək üstünə “kent 8” çəkmək yeridir. Ancaq bəzi xanlıq sakinləri İran papirosu da çəkir. Çayını içən evinə yollanır, evdə “Xəbərlər” proqramını izləyərək dünyadan xəbərdar olur. Dünyada analoqu olmayan bu çayxana əyləncəsinin qadağan olmasının yanında kişi və qadın münasibətləri də inkişaf etməkdədir. Kişilərin qadınlara, qadınların kişilərə uzaqdan baxmağı “bluetooth” lu telofonların satışına öz təsirini göstərir. “Bluetooth” telefonlarla müxtəlif cür əyləncəli şəkillərin göndərilməsi xanlıqda geniş vüsət alıb. Qızla oğlanın əl-ələ gəzməsi xanlığın qeyrətli polisləri tərəfindən onların şöbəyə aparılması üçün ən böyük bəhanələrdən sadəcə biridir. Qızın öndən oğlanın arxadan gedərək telefonla danışması xanlıqda texnologiyanın inkişafından danışır. Barmağında üzüyü olan nişanlının əlindən tutmaq onunla birlikdə bir şeylər yəmək və eləcə də analoqu olmayan kinoteatrlarda film izləmək hər kişinin oğluna nəsib olan şeylər deyil. Şəhərdə xanlıq ailəsi icazəsi olmadan onların maşınlarından daha üstün, bahalı maşın gətirib o tərəfə-bu tərəfə sürmək də hər baba igidin işi deyil. Ya başından olarsan ya maşınından. Seçim sənin. Ne igidlər gördük qarajında ne maşınlar yatırır. Soruşduq sorğaladıq ki bəs bu maşın niye burdadır: Dedi: “Qaaaardaaaş bəs mən nə eyləyim axı?! Xan dedi sürmə, sürmürəm. Boynum qıldan incədir.” Sərhəddə ölkeye girib çıxan insanlardan “torpaq basdı” kimi şirin rüşvətlər rüşvət sayılmır. Eger ciddi problemin varsa yaşıl pasportun arasına bir iki dənə “yaşıl” qoy işin yağ kimi gedər. Üstünə də bir badamlı, sirab içib polisin sifetine gəyirsən də bir şey deməz. Həyat Naxçıvan xanlığında çox əyləncəli və eləcə də rahatdır. Gəlin bu feodal dövlətə dəsdək olaq! Axı orada da bizimdir?!

“Cənnət” görmək istəyən Azərbaycana gəlsin!

Posted in - DÜŞÜNƏN İNSANLAR BİRLİYİ on Ocak 13, 2010 by orkhano
Bəzən fikirləşirəm ki, Azərbaycanda bir aydan çox qalsam cild-cild kitablar yazaram. Əgər bu müddət bir ayı keçərsə adım el arasında “dəli” çıxar – “Hansı o xəstə Orxan?” – deyə xitab edərlər.
O möhtəşəm, dillərə dastan, buz kimi suyundan içib doymadığım, daşına toprağına qurban olduğum, ölüb oralarda qalmaq istədiyim diyarımdam uzaqda olduğuma görə ilham pərilərimin mənlə arası yoxdu. Azərbaycanda olduğum zaman hər gün qeyri – adi nağıl və rəvayətlərə qulaq müsafiri olur, özümçün maraqlı reportajlar hazırlaya bilirəm.
Baş götürüb qaçmaq asandır əzizlərim, qalıb baş çıxardana “oğul” deyirəm.
Mən də bu “vətən” ə oğul olmadım! Eh, nə edək artıq…
Yenə bir nağıl danışacam. Analoqu olmayan bir nağıl. Amma bu nağıl 1760-cı ildə yaşanıb…
Keçən gün Karlo Goldonidən “Yabanlar”ı oxumağı qərara aldım. “Yabanlar” Goldoninin ən məşhur və uğurlu komediyalarından biridir. İlk dəfə 1760-cı il fevralın 16 – da Venesiyanın San Luka Teatrında səhnələşdirilib.
Gözünə döndüyüm elə bil günümüzün Azərbaycanından danışıb. Kitabı oxuduğum zaman sadəcə oxumaqla qalmır, həm də dəli kimi gülürdüm.
Əsərdə Lunardo deyə bir ağsaqqal var. Buna “Zəlimxan” deyə bilərik. Yəqin ki, birinci arvadı onun “mülayimliyinə” dözməyib ölüb. Ona görə də gözünə döndüyüm sonradan Marqareta adlı bir arvad alıb. Biz bu xanım – xatına da Güləndam deyək. Güləndam ata yurdunda rahat yaşayan, hər gün teatrlara, karnavallara gedən, Venesiyada o bar sənin, bu bar mənim deyə gəzən, canına xurma yedizdirən bir elqızı olub.
Sonradan gəlib düşüb bir yekəbaşın əlinə. İndi karnaval nədir, heç pəncərədən çölə baxmağa icazəsi yoxdur.
Ağsaqqalın birinci arvadından olan bədbəxt bir qızı da var ki, bunun da adı Lusiettadır. Buna da Tükəzban xanım deyək.
Nəysə Tuka heç evdən çölə çıxmamış, bütün günü “Yaprak Dökümünə” baxan, əlinə oğlan əli dəyməmiş bir qızdır. Tuka corab – zad hörür, baş qatır, ara – sıra evdə heç kim olmayanda pəncərədən çölə baxır, cavan gədələrə baxıb köks ötürür.
Bir gün Zəlimxan evə gəlir, arvadını yanına çağırıb deyir ki, “bəs axşam qonaqlarımız gələcək. Yaxşı yağlı bozbaş bişir dolma bük”.
Tukanı da otaqdan qovur ki, “bizim söhbətimizi dinləmə!”
Zəlimxan arvadına deyir ki, “qızı nişanladım bu axşam da evdə toy edəcəyik, xəbərin olsun!”
Tukanın bütün bunlardan xəbəri belə yoxdur. Güləndam Zəlimxan kişiyə deyir: “Heç olmasa qız oğlanı görsün, bəlkə heç sevmədi?”
Zəlimxan hirsli bir şəkildə: “Mənim qızımı heç bir “kişi” görməyəcək! Görən də gərək evlənə!”
Zəlimxan kişi oğlanın atasıyla söhbət zamanı deyir ki: “Mənim qızım yaxşı qab yuyur, yemək bişirir. Corab hörməkdə də ustadır!”
Oğlan atası deyir ki: “Bəs oğlum evlənmədən öncə qızı görmək istəyir”.
Zəlimxan kişi bir az donquldanaraq – “yox, yox olmaz!” – deyir. “Mənim qızımı bu günə qədər heç kim görməyib. Mən ona heç maska taxdırıb teatra da aparmamışam. Ona görə oğlun qızımı, ancaq evləndiyi gün görə bilər!”
Oğlan atası da Zəlimxan kişidən geridə qalan deyil: “Hə, əşi mənim oğlum da sözümdən çıxmaz. Nə olar ki evləndiyi vaxt görər!”
Karlo Goldoni bu əsərini yazdığı zaman Azərbaycan nə gündəydi bilmirəm, amma bir az dönüb geriyə baxdığımızda aradan nə az, nə çox 250 il keçib. Amma hələ də Azərbaycanda bir çox insan məhz bu cür yaşayır, bu cür evlənir, bu cür uşaq sahibi olur və sonda da ölüb gedir.
Bəzən fikirləşirəm ki, bir Amerikalı, ya da avropalı turist ölkəmizə səfər etdiyi vaxt, zamanda səyahət edir. Bir film vardı bəlkə xatırlayarsız: “Back to the Future”. Eyniylə orda baş verənlər, sanki Azərbaycanda da yaşanır.
Sərhəddən içəri daxil olduğun zaman, qapıya yaxşı baxsan gözəgörünməz böyük hərflərlə yazılmış “WELCOME TO THE HELL” (Cəhənnəmə Xoş Gəlmisiz!) yazısını görərsən.
Sərhəddə səni qarşılayan “gülərüz” hərbiçilərimiz və palçıqlı qaranlıq yollarda bazar “sumka” ları daşıyan xalalar. Qazax itləri və onların küçüklərinin mırıltısı.
Uzaqdan onlara baxaraq soyuqdan donmuş əllərini nəfəsiylə isidən ve eyni zamanda seksual aqressiya yaşayan, günəbaxan tumu çırtlayan gənc əsgərlər və onların üzərində yaşayan bitlər.
Tarixə səyahət etmək istəyən, Azərbaycana gəlsin!

“Namus Ayaqlarımızın Arasındadır”

Posted in - DÜŞÜNƏN İNSANLAR BİRLİYİ on Aralık 14, 2009 by orkhano

- Bu gün dünya üzərində yaşayan qadınların yarısı ərləri tərəfindən şiddətə məruz qalır.
- Çində, ildə 1 milyon qız uşağı doğar doğmaz öldürülür. Dünyada bu yolla itirilən qadın sayı 40-50 milyona qədərdir.
- Beynəlxalq Köç Qurumu, hər il 2 milyon qadının sərhəddən kənarda qadın ticarətində istifadə edildiyindən bəhs edir.
- ABŞda, hər 6 dəqiqədə bir qadına təcavüz edilir.
- İngiltərədə, hər 7 qadından biri birlikdə olduğu kişi tərəfindən təcavüzə məruz qalır.
- Fransada, hər ay 6 qadın ailə içi şiddətdən həyatını itirir.

Bu bizdə necədir? Bu dünyanın aparıcı ölkələrindən alınmış statistik göstəricilərdir.

Əlində fikirləşirəm ki bu qədər əziyyət çəkməyimizin səbəbi “almadır”.  Burda söhbət yaşıl, qırmızı, sarı hər hansı bir almadan gedir. Keçən dəfə bir məclisdə idim, yaşıl almanı duza batırıb xartaxart yeyirdim ki, bir ağbirçək dedi: “Yaşıl alma çox yemə, günahdır!” Dedim: “Bəs niyə?” Dedi: “Qurban olduğum yaşılından dişləyib bizi bu günə salıb”… Bir balaca barmağımı dişləyən kimi oldum… Təbii ki, o qədər adamın içində ürəkdən gülə bilməzdim amma… Evə gələnə qədər ağlım o almada qaldı….
Şeytan dedi ye! Bəs sən niyə yedin? Lap yaxşı elədin yedin deyək. Bəs sen yeyəndə bizi niyə fikirləşmədin? Yoxsa ağılsız başın əziyyətini bədəninə, sonra səndən törəyənlərə çəkdirmək istədin? Tamah güc gələndə gəlir də… Səni, məni fikirləşmir ki! Bu gün almadan və o almanın törətdiklərindən danışmağı çox istərdim, amma fikirləşirəm ki, almanı dişləyəndən və onun “artıqlarından” yaranan Həvvadan danışsaq, daha məqsədəuyğunudur. Niyə artıqlarından? Hə, indi ona bir balaca açıqlama gətirməyə çalışacağam aşağıda danışacağım “nağıl” vasitəsi ilə. Açığı sizə danışacağım “nağıl”a heç mən özüm də inanmıram, amma aramızda inananlar da az deyil. Nağıla da artıq – əksik söz soxan “belə”-“belə” olsun, əzizlərim. Lap dişinizin dibindən çıxanları deyin, xoşdur. Onu da qeyd etməkdə fayda var ki, bu almanın başqa “alma” ilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur.
Deməli belə, biri var imiş, biri yox imiş, bir Allah var imiş. O, necə var olub artıq onu hələ də heç kim bilmir, amma bunun yaxınları, əzizləri mələklər var imiş ki, bunu hamı bilir. Bir gün mübahisə düşür mələklərlə Allah arasında mələklər deyir yaratma bu insanı! Xasiyyətini biz də bilirik sən də! Allah deyir: “Mən yer üzündə özümə canişin seçmişəm”. Mələklər ərz etdilər: – “Yer üzündə elə bir şəxsi seçmisən ki, ziyankarlıq, pis işlərlə məşğul olub qanlar tökür!” Elə bu yerdə Allah “baba” mələklərin sözünü ağzında qoyur. Hirsli bir şəkildə “Mən bilən şeyləri siz bilmirsiniz!” deyərək söhbəti bağlayır müzakirəni sonlandırır. Əsl diktator elə yaradanın özü imiş ki… Düzdür söhbətdə özüm olmasam da “nağıl”ı oxuyanda fikirləşdim ki Allah nə deyirsə o olur. Deməli belə olduğu zaman “Allah qatında” demokratiyanın heç “D”si də olmayıb. Biz niyə özümüzü öldürürük ki demokratiya üçün, Allahın canişini deyilik məgər?! Hər halda mələklər belə etiraz və sualın yeri olmadığının, bəlkə də özləri tərəfdən səhvin baş verdiyini başa düşdülər və öz səhvlərini düzəltmək üçün illərlə “tövbə” və “istiğfar” etdilər. Rüşvət verdilər, yaltaqlıq etdilər nə etdilər bilmirəm daha orasını amma və lakin Azərbaycanlı mələk varsa aralarında sizi inandırıram ki, o artıq çoxdan düzüb qoşub arasını Allahla. Bu mələklər arasında bir mələk üsyankar çıxdı, müxalif oldu. Dedi mən sizinlə razılaşmıram və sizə qarşı çıxıram, öz bildiyinizi etdiyiniz üçün. Bu üsyankar mələyimizin adını da “pis”ə çıxardılar sonra. Artıq söhbət kimdən getdiyini hamınız bildiniz yəqin ki. Bu Şeytandır. Uzun sözün qısası, Allah heç kimin sözünə baxmayaraq insanı yaradır. Düz etdi səhv etdi bunu zaman göstərəcək amma zaman göstərdiyini göstərdi və mən söhbətin bu yerində özümü ortaya soxaraq mələklərə haqq verirəm. Bir az da olsa mələklərin sözünə baxmaq lazım imiş…
İnsanın yaranması üçün “su” və “gil” bəs etdi. Uşaq vaxtı su və gilin vasitəsi ilə çimərliklərdə çox lüt qız heykəlcikləri düzəltmişəm, amma bu ona bənzəməz! Gərək bir də üfürəsən ki cana gələ! Nəysə su və gildən formalaşan insanın adı Adəm olur. (insanın su və gildən yaranmasının heç bir fiziki, kimyəvi və bioloji açıqlaması yoxdur, xəbəriniz olsun) Sonra Allah Adəm kişini yanına çağırıb deyir ki, “Göylərin, yerin və başqa varlıqların yaranışından sonra onların ən üstününü, ən şərəflisini, yəni səni yaratdım ay “kişi”. Səni də özümə canişin seçirəm, di get kef elə. Amma ağlında olsun, şeytanın sözünə qulaq asma yoxsa səni cəzalandıracam! Mən inanıram ki, Allah qatında azad söz yoxdur. Nəysə Bəşəriyyətin “ulu öndəri” yarandı, bütün mələklər ona səcdə etdilər, yaltaqlıq etdilər, ümumiyyətlə belə baxanda Allahın yanında xoş olmaq üçün hər şey etdilər. Amma yaşayışın davamı üçün Adəmin bir sıra ehtiyacları var idi. Bu nağılı uyduran, söhbətin bu yerində böyük səhvə yol verdiyini sonradan başa düşərək nağılı başdan yazmaq yerinə söhbətin ortasına qadını, yəni “Həvva” xanımı atır. Unutduğunu görür və Həvva xanımı Adəmin bir ehtiyac vasitəsi olaraq görür. Guya Adəm bəy təklikdən əziyyət çəkirmiş. Onun qəlbinin sakitliyi və canının rahatlığı üçün özünə həmsöhbət istəyirmiş. Buna görə də Allah Adəmin xilqətindən “artıq qalmış” gildən Həvvanı yaratdı və onun bədəninə ruh üfürdü. (elə bil başqa gil yox imiş yada ərinib bir de su ilə gili qarışdırmağa deyib elə burda bir az qalıb qoy iki dəqiqə də hazırlayım, üfürən kimi canlanır onsuzda…) Burda ağlınıza bir çox sual gələ bilər. Mən inanıram ki gəlir də. Niyə başqa bir cins yaratma istəyi? Mələklər dişidir yoxsa erkək? Homo mələk var?  Niyə Həvva birinci yaranmadı da Adəm yarandı?! Məgər Həvva Adəmin qəlbini sakitləşdirmək və onu “rahatlamaq” üçünmü gəldi sadəcə? Bunu zaman göstərdi və göstərməyə davam edir! Əzizlərim, söhbətin məcrasını dəyişdirmənin tam yeridir. Adəm, Həvva, alma, limon, xiyar, cənnət, cəhənnəm… bu barədə çoxları çox şey deyilib, amma fikirləşirəm ki, incə detallar hər zaman göz önündən qaçıb və nədənsə qaçmağa da davam edir. Ya da bəziləri onları görməzdən gəlməyi sevir! Ya da yaradılışda bir səhvmi var görəsən?!  Günlərdən bir gün yeməyə, suya geyimə ehtiyacı olmayan Adəmin kefinə alma düşür (bu da ən böyük paradokslardan biridir ki yeməyə ehtiyacı olmayan bir insan niyə alma yemək eşqinə düşsün?) Həvvayla oturub evdə TV’de “Aşk-ı Memnu” nun yeni bölümünə baxdıqları vaxt Şeytan qardaş gəlib deyir ki, bəs o almaları niyə yemirsiniz? Gərək qala, qurda quşa yem ola? Adəm də almanı yığıb bazarda satmaq istəyirmiş. Nəysə ağlına nə verirsə, gedir bir alma qoparır və başlayır xartaxart yeməyə… Elə burda olan olur… Amma heç kim sual vermir ki, bəs yaxşı Həvvanın günahı nə idi? Bəli, əzizlərim Həvva xanım da “həyat yoldaşına” sadiq qalaraq “Behiştdən” qovulur. Adəm fiziki cəhətdən güclü olduğu üçün elə nə olursa, ondan sonra olur… Həvvanı insan yerinə qoymur, hər gün döyür, söyür, ağladır. Yemək bişirir, patlar yuyur Həvva. Hələ bununla yetinməyib uşaqların da qayğısına qalır, doğum sancıları keçirir.  Amma bir daha soruşa bilmir ki, bu əziyyəti mən sənə görə çəkirəm! Sənin üçün qovulduq. Bunları deyə bilmir. Nağıllara nə qədər inanmasaq məntiqi son çıxarmasaq belə Adəm və Həvva bizlərik. Qadınlara həmişə hər yerdə eyni cür münasibət bəsləndiyini söyləmək həqiqətdən uzaq iddiadır. Qadınlara qarşı zorakılığın olması, həyat yoldaşı ilə birgə gəzməyin “ayıb” hesab edilməsi, ikinci sinif insan kimi davranılmasının səbəbi nədir sizcə? Qadınların haqları tapdalanır! Keçən illərdə qəzetdə oxuduğum bir xəbərə görə, “Londonda aparılan araşdırmalar qadın və kişinin 200 il sonra bərabər hüquqlara malik olacağını deyir. Bu da bir əsilsiz iddiadan başqa bir şey deyil.  Azyaşlı qız uşaqlarının ərə verilməsində, qadınların sadə bəhanələrlə döyülməsində, müvəqqəti kəbinlərin kəsdirilməsində, miras hüququnun əlindən alınmasında, çölə çıxmasına qadağa qoyulmasında, qız uşaqlarının təhsil almasına biganə yanaşılmasında, işləməyə icazə verilməməsində, “qadına qulaq as, ancaq dediyini etmə” kimi məsəllərin çəkilməsində, dünyaya gələcək uşağın oğlan olmasına “sifariş” verilməsində, qadının ağlının az olmasında, çoxevliliyin mübah görülməsində kimdir günahkar? Mən bu mövzuya bir də bir Azərbaycanlı gözü ilə baxmağa daha çox “qorxuram”. Bizim “toxumumuzda”, “genimizdə” bəzi problemlər olduğunu düşünürəm. “Azərbaycanlıdır?” “Hə qanında var da bu qırılmışın!” kimi cümlələri hər gün duymaq o qədər də çətin deyil. Qadınların haqlarının tapdalanması və yuxarıda sadaladığım şeylər bizə də aiddir əzizlərim! Kişilər və qadınlar bərabər hüquqamı malikdirlər? Qadınların internetdən istifadə etməyinə münasibətiniz necədir? Qadın siqaret çəkə bilər yoxsa siqaret çəkən qadın “pis” qadındır? Qadın kişinin sözündən çıxsa, nə olar? Arvadın ipi ərində olar! Qadındır, evdə otursun, bozbaşını bişirsin! “Qız ağacı qoz ağacı, hər gələn bir daş atıb keçər” kimi düşük atalar sözləri, mentalitetimizin iylənmiş qayda qanunları və eləcə də hələ də yaşlı Gülçöhrələrin, Qəzənfərlərin sözləri ilə oturub duran klassik, bisavad ağlı yeməyə və yatmağa çalışan Azərbaycanlı fərdlər varsa, Hələ TVlərdə, qəzetlərdə bu cür və buna bənzər mübahisələr gedən Talk Show-lar olarsa, bu ölkədə qadın nə haqqını biləcək nə də “qiyamətə” qədər azad olacaq. Bəlkə də çoxlarınız məni feminist olaraq görə bilərsiniz, amma inanın mənə feminist damarım tutmayıb sadəcə yaradılış “nağılımız”la başlayaraq günümüzə qədər qadın və kişi arasındakı “kiçik” fərqləri nəzərinizə çatdırmaq istədim. Cənnət analarımızın ayaqları altında ola bilər, amma namus da ayaqlarımızın arasında deyil, beynimizdədir! “Nağıl” bitdi, amma mənim nağıllarımın sonunda göydən alma zad düşmür…Qadına şiddətə və istismara SON!

Din

Posted in - DÜŞÜNƏN İNSANLAR BİRLİYİ, Hakkımda on Aralık 3, 2009 by orkhano

Bazen mutluluğu ararken, hayatın ne anlama geldiği hakkında kafa yorarsınız. Ben kimim? Nasıl var oldum? Ölüm, ya sonrası? Kesinkez ve yürekten inanıyorum ki, din insanlığın gelişimine zarar veriyor. Görünmez bir ürün satmak gibi, çok kolay. Ölünce ne olacak gibi sorular, insanları öylesine korkutuyor ki bir hikaye uydurup, ona sıkı sıkı bağlanmalarına neden oluyor.

Derindeki Kabus

Posted in Black Cat Production, Kısa Filmlerim on Aralık 1, 2009 by orkhano

Derindeki Kabus 2007 senesinde yapmış olduğum kısa film çalışması. Kısa Film Naziler döneminde Hitlerle Dr. Josef Mengele arasında geçen kısa konuşma ve bir üçüncü kuşak Yahudi çocuğunun uyumadan önce Hitler’in hapisteyken yazdığı “Mein Kampf” (Kavgam) kitabını okurken uykuya dalmasıyla başlar ve kendini esir kampında bulur. İşin ilginç alanı, onun kendi yatak odası kamp alanına dönüştürülmüş durumda.

Nəqliyyat Mədəniyyəti, Mədəni Sürücü, Mədəni Sərnişin…

Posted in - DÜŞÜNƏN İNSANLAR BİRLİYİ on Kasım 25, 2009 by orkhano

Özüm özümü dərk etdiyim vaxtdan bu yana nəqliyyat vasitələrindən istifadə edirəm. Buna şəxsi avtomobilimizdən təyyarəyə qədər sadalaya bilərəm. Düzdür, “göydə” olmağı elə də sevməsəm də, ən rahat və təhlükəsiz anlarımızı yenə də təyyarədə yaşadığımızı unutmayaq. İnsanın başına bədbəxt hadisə gələcəksə “yerdə” də gələcək, göydə də. Bu gün isə dünyanın hər yerində ən çox istifadə olunan nəqliyyat vasitələrindən, bunu istifadə edən sərnişinlərdən, sürən sürücülərdən və hər zaman olduğu kimi gözümlə gördüyüm gerçəklərdən danışacam. Nəqliyyat, yol mədəniyyəti olmayan ölkədə başqa bir şey axtarmağa dəyməz. Ölkələrdə bununla nəqliyyat nazirliyi, nəqliyyat departamentlikləri məşğul olur, müxtəlif qaydalar tətbiq edir ve qaydaları pozan şəxslər ciddi şəkildə cəzalandırılır. Düşünən insan qaydaları pozub, cəza ödəməyi sevməz. Ancaq bəzi ölkələr vardır ki, qaydaları pozsan da pozmasan da cəzalandırılacaqsan. Neqliyyat vasitəsi “ayağını yerdən götürmək üçündür”. Ancaq bəzi ölkələrdə elə şeylər görürəm ki, bu şəxsi vasitələr “göstəriş” üçün istifadə olunur. Göstəriş gücü olmayıb qaydaları poza bilməyənlər isə bunun heyfini dövlətin onlar üçün ayırdığı vasitələrdən çıxır. Dünyanın heç bir ölkəsində sərnişinləri daşımaq üçün vasitələrdən endikdən sonra pulu verməzlər. Əgər böyük şəhərlərldə nəqliyyat vasitələrindən rahat istifadə üçün xüsusi kartlar ayrılmayıbsa(mes. Metro kartı), o zaman avtobusun giriş qapısından girirlər ve pul sürücünün köməkçisinə verilir. Nəqliyyat vasitəsindən endiyimiz zaman ise orta ve arxa qapılardan istifadə olunur. “Ay qardaş burda saxla”, “ay kişi dayanacağı keçdik” kimi cümlələr yalnız Azərbaycanda istifadə olunur. “STOP” düyməsi bizim xalqa yad olduğu üçün ya o düymədən istifadə etməyə çəkinir ya da qırmızı düyməyə həddindən artıq basıldığı üçün ümumiyyətlə diqqətə alınmır ve “basabasda” avtobun arxasını görə bilməyən sürücü, əgər açdığı “şən toy mahnıların” səsindən sərnişinin səsini eşidə bilmirsə, avtobusun qapısı vəhşicəsinə döyülür, əgər yenə də dayanmırsa, “təpiklənir”. Avtobusdan endikdən sonra söyə-söyə pulu verir. Bəziləri isə arxa qapıdan qaçmağı daha məqsədəuyğun sayır. Sürücü köməkşisinin qaçanların arxasınca düşməsi, söyülən söyüşlər və sairə. Bəzi dayanacaqlarda onlarla insanın uzatdığı pulların arasında böyük məbləğdə pul uzadıb, pul verməkdən qaçanlar da az deyil. “Nə edim, xırda pulum yoxdu.” Gələk Avtobus içi davranışlarımıza. Əgər bir “gözəlçə” içəri daxil olursa, “igid gənc” sabahdan başının üzərində duran qocaya yol verməkdənsə, ayağa qalxır ve “gözəlçəyə” yol verir və gözlərini ondan ayırmır. İşin ən təəcübləndirən tərəfi isə qadınların-qızların heç tərəddüd etmədən oturmasıdır. Bu kişinin qadına olan böyük hörməti deyil qətiyyən! Bu “nəzakətli” bəylərimizin daha fərqli planları var. Bunu belə düşünənlər az deyil. Tez əlini cibinə atır ve göstəriş üçün aldığı telefonunu çıxarır. “Blutusunu” açır ve həsrətlə gözləməyə başlayır. Avtobusdan endikdə isə daha maraqlı bir situasiya yaranır. “Bacı, düşərsən”. “Gözəlçədən” gələn süni təbəssüm və bu cümləni qəbul edən kiçik baş sallaması. Şen toy mahnıları, eləcə də “milli” dəyərlərinə sadiq qalan sürücülərimizdən klassik müsiqi sədaları altında kiçik səfərlər etməyi sadəcə xəyallarımda canlandırıram. Çəkilən siqaretə qarşı etiraz edəcəksənsə, bunu etməməyi məsləhət bilirəm, çünkü “borclu” çıxan tərəf yenə də siz olacaqsınız… Nə isə, mən düşürəm, bir daha minməmək adına. Bir az daha qalsam, xərçəng xəstəliyinə tutulma ehtimalım yüksəkdir…

Takip Et

Get every new post delivered to your Inbox.